Qərbdə korona virusuyla əlaqədar 22 marta olan məlumat

Dünya üzrə yeni tip korona virusu (Covid-19) səbəbindən can itkisi 13 mini keçib, yoluxma 280 minə çatıb.

1382704
Qərbdə korona virusuyla əlaqədar 22 marta olan məlumat

 

  Dünya üzrə yeni tip korona virusu (Covid-19) səbəbindən can itkisi 13 mini keçib, yoluxma 280 minə çatıb.

  Yeni tip korona virusundan ən çox təsirlənən İtaliyada ölənlərin sayı bir gündə 793 adam artaraq 5 minə yaxınlaşıb. Xalqın “küçəyə çıxmama qaydası”na uyğun gəlmədiyi bölgələrdə yerli rəhbərliklər mərkəzi hökumətin "mümkün olan hər yeri bağlaması”nı tələb edir. Qeyd edək ki, İtaliyanın baş naziri Cüzeppe Konte (Giuseppe Conte) yeni tip korona virusu panepidemiyası ilə əlaqədar strateji və vacib olmayan bütün istehsal qurumlarını dayandırma qərarı verib.

  İspaniyada can itkisi 14 yüzə yaxınlaşıb, yoluxma bir gündə 5 min artaraq 25 minə dayanıb. Paytaxt Madriddə təcili yardım maşınları çatışmadığı üçün bələdiyyə avtobusları da xəstə daşımağa başlayıb, otellər xəstəxanaya çevrilib.

  Fransada yeni tip korona virusu panepidemiyasından həyatını itirənlərin sayı 112 adam artaraq 600-ə yaxınlaşıb. Ölkədə müalicə olunanların sayı 1500-ü keçib.

  77 can itkisi olan Almaniya virusa tədbirlərlə bağlı ən intizamlı Avropa ölkəsi olaraq diqqət çəkir.

  Bir gündə ölü sayı 67-yə yüksələn Belçikada 3 minə yaxın yoluxma var.

  233 can itkisi olan İngiltərədə son 3 ildə təqaüdə çıxan 65 minədək tibb işçisini çalışmağa dəvət edib.

  Balkan ölkəsi Bosniya Herseqovinada yeni tip korona virusu ilə bağlı ilk ölüm hadisəsi baş verib. Ölkədə yoluxma hadisəsi 100-ə yaxındır.

  Şimali Kipr Türk Cümhuriyyətində (Qzıbrız) ilk ölüm hadisəsi qeyd olunub.

  Serbiya 22 martdan yerli saatla 20.00 - 05.00 aralığında küçəyə çıxma qadağası gətidi.

  Amerika Birləşmiş Ştatlarında da sürətlə yayılan yeni tip korona virusundan (Covid-19) ölü sayı 260, yolxuma 19 min 600-ü keçib.

  7 adamın həyatını itirdiyi və 1100-ə yaxın yoluxma qeydi olan Avstraliyada “Covid-19”un yayılmasının qarşısını almaq məqsədiylə ölkə içindəki zəruri olmayan səfərləri də ləğv edilir.

  Latın Amerikasında ilk yolxuma hadisəsinin qeyd olunduğu Braziliyada virusdan ölənlərin sayı 18-ə, yoluxanların sayı 1025-ə yüksəlib.

  “Covid-19”dan ən çox təsirlənən ölkənin zəngin əyaləti Sao Pauloda da karantin elan edilib.

  Bolivyada 19 adamda korona virusuna yoluxma müəyyən olunduqdan sonra 14 günlük karantin elan olunub, xalqın təməl ehtiyacları olan qida məhsulları mağazalarının günorta saatlarına qədər açıq olacağı və hər evdən bir adamın alış-verişə çölə çıxa biləcəyi açıqlanıb.

  Çilidə “Covid-19”dan ilk ölən olub. Ölkədə 550-ə yaxın virusayoluxma qeydə alınıb.

  Kolumbiyada bir nəfər ölüb, 200-dən çox yoluxan var.



Әlaqәli Xәbәrlәr