Şərqdə korona virusuyla əlaqədar 21 marta olan məlumat

Ortaya çıxdığı dekabr ayından bu yana dünya üzrə yeni tip korona virusu (Covid-19) təsbit edilən adam sayı 270 minə yaxınlaşıb, can itkisi 11 mini keçib.

1382427
Şərqdə korona virusuyla əlaqədar 21 marta olan məlumat

 

  Ortaya çıxdığı dekabr ayından bu yana dünya üzrə yeni tip korona virusu (Covid-19) təsbit edilən adam sayı 270 minə yaxınlaşıb, can itkisi 11 mini keçib.

  Epidemiya səbəbindən 1433 nəfərin həyatını itirdiyi İranda xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin korona virusuyla mücadilə apardığı bir zamanda Amerika Birləşmiş Ştatlarının sanksiyaları qaldırma çağırışlarını rədd etməsinə reaksiya verərək deyib: "ABŞ hökuməti İran vətəndaşlarının ölməsindən sevinir. İrandan ABŞ-a “Sizin siyasətiniz pis xatırlanacaq, ancaq İran yıxılmayacaq" deyirik.

  Cənubi Koreyada korona virusundan ölənlərin sayı 100-ə çıxıb.

  Rusiyada “Covid-19” daha 54 adamda təsbit edilərək yoluxma hadisəsi 250-ni keçib, bir can itkisi olub. Xarici İşlər Nazirliyi xaricdəki vətəndaşlarının ölkəyə gətirilməsi üçün hərəkətə keçib.

  İsraildə 88 yaşlı bir adamın həyatını itirməsiylə ölkədə korona virusundan ilk ölüm hadisəsi qeyd olunub.

  Birləşmiş Ərəb Əmrliklərində (BƏƏ) “Covid-19”dan ilk dəfə 2 adam ölüb.

  70-ə yaxın yoluxma hadisəsi olan İordaniyada korona virusu tədbirləri çərçivəsində küçəyə çıxmaq qadağanı edilib.

  Tunis hökuməti “Covid-19”la əlaqədar ölkənin karantin tətbiqinə keçəcəyini açıqlayıb. Ölkədə 54 yoluxma var.

  Orta Afrika ölkəsi Qabonda yeni tip korona virusu ilə bağlı ilk ölüm hadisəsi olub. Ölkədə məktəblərə tətil verilib, böyük tədbirlər və ictimai yerlərdə 30-dan çox adamın bir yerə toplanması qadağan edilib.

  Səhraaltı Afrika ölkəsi Toqoda “Covid-19”a yoluxma sayı 1-dən 9-a yüksəlib.

  Burkina Fasoda regional və xüsusi rəhbərlik naziri Simeon Savadoqo və təhsil naziri Stanislas Ouaronın korona virusu testlərinin nəticəsi müsbət çıxıb. Bir adamın öldüyü ölkədə yoluxma sayı 40-dır.

  Qitədə Misir, Cənubi Afrika Respublikası və Mərakeş başda olmaqla 900-ə yaxın korona virusun yoluxma hadisəsi təsbit edilib ki, bunlardan 23-ü ölümlə bitib.

  Niger, Kabo Verde və Papua Yeni Qinedə ilk korona virusuna yolxuma hadisələri təsbit edilib. Papua Yeni Qinedə martın 21-i səhərindən xarici vətəndaşların ölkəyə girişlərinə bir həftə boyu icazə verilməyəcək.

  Sinqapurda 2 adamın həyatını itirdiyi virusa 400-ə yaxın adam bulaşıb.

  Avstraliyada koronavirusa yoluxanların sayı 1023 nəfərə çatıb. Onların 40 faizinin ölkənin ən böyük şəhəri olan Sidneydə qeydə alındığı bildirilir. 

  Yaponiyada “Covid-19”a yoluxanların ümumi sayı 1700-ü keçib.



Әlaqәli Xәbәrlәr