Qərbdə korona virusuyla əlaqədar 21 marta olan məlumat

Dünya üzrə yeni tip korona virusu (Covid-19) üzündən can itkisi 11 mini keçib, təxminən 270 mindən çox yoluxma hadisəsi müəyyən edilib.

1382363
Qərbdə korona virusuyla əlaqədar 21 marta olan məlumat

 

  Dünya üzrə yeni tip korona virusu (Covid-19) üzündən can itkisi 11 mini keçib, təxminən 270 mindən çox yoluxma hadisəsi müəyyən edilib.

  “Covid-19”dan Avropada ən çox təsirlənən ölkə İtaliya olub ki, burada ölənlərin sayı 627 adam artaraq 4032-ə yüksəlib. Virusun yayılmasının qarşısını almaq üçün hökumət yeni tədbirlər görür. Belə ki, ölkədəki bütün park və bağçalar xalqın xidmətinə bağlanılıb, bütün kütləvi tədbirlər qadağan edilib. İnsanların bağ və ya digər evlərinə səyahətlərinə yasaq qoyulub. Dəmiryolu və göl kənarlarındakı köşk-bufetlər bağlanılıb. Yalnız şose, xəstəxana və hava limanındakı bufetlər açıq qalacaq. Bu tədbirlər 25 marta qədər etibarlıdır, lazım olsa, müddət uzadılacaq. İtaliyada xalqın küçəyə zəruri olmadıqca çıxmaması üçün şəhər mərkəzlərində əsgərlərin xidmətinin başlanması planlaşdırılır.

  İspaniyada can itkisi 235 nəfər artaraq 1002 olub, yoluxma hadisəsi isə 20 minə yaxınlaşıb.

  Fransanın Nitsa (Nice) şəhərində martın 20-dən yerli saatla 20.00-dan etibarən küçəyə çıxmaq qadağan edilib.

  Yoluxma hadisəsi sayının 5 minə yaxınlaşdığı Belçika sərhədlərini zəruri olmayan səfərlərə bağlayıb, xalqın küçəyə çıxmalarına nəzarət üçün 10 min polisi xidmətə buraxıb.

  Avstriyada Xalq Partiyasından bir millət vəkilində “Covid-19” təsbit edilməsiylə virus ölkənin parlamentinə sıçramış olub. Ölkədə küçəyəçıxma məhdudlaşdırması 13 aprelə qədər uzadılıb, yoluxma hadisəsi sayı isə 3 minə yaxınlaşıb.

  Hollandiyada üçü türk olmaqla 106 nəfər korona virusunda həyatını itirib, yoluxma sayı 3 minə çatıb.

  184 can itkisi olan İngiltərədə yeni tip korona virusu tədbirləri çərçivəsində 20 mart gecəsindən etibarlı olmaqla restoran, bar, cafe, kino salonları və teatrların bağlanılması qərarı verildi.

  51 ölü, 5 minə yaxın yoluxma hadisəsi olan İsveçrədə hökumət epidemiyadan zərər çəkən şirkət və işçilərini dəstəkləmək məqsədilə 32 milyard İsveçrə franqı ayıraraq yeni yardım paketini açıqlayıb.

  7 nəfərin həyatını itirdiyi, 1050-dən çox adamın virusa bulaşdığı Avstraliyada baş nazirin xəbərdarlıqlarına baxmayaraq amrtın 20-də minlərlə adamın dənizə girib. Bununla əlaqədar hökumət Sidneydəki Bondi çimərliyi bağlayıb. Ölkədə bağlı məkanlarda 100 və ya daha çox adamın bir araya gəlməsi, açıq sahələrdə isə 500 və ya da daha çox insanın toplanması qadağan olunub.

  Can itkisinin 210, yoluxma hadisə sayının 14 min yarıma çıxdığı Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində aptek və marketlər kimi zəruri yerlər xaricində bütün iş yerlərinin bağlanması əmri verilib.

  ABŞ-ın vitse-prezidenti Mayk Pensin (Mike Pence) ofisində çalışan bir nəfərdə korona virusu testi müsbət çıxıb.

  19 adamda “Covid-19” təsbit edilən Cənubi Amerika ölkəsi Paraqvayda isə virusdan qaynaqlanan ilk ölüm hadisəsi baş verib.

  Korona virusundan 1 adamın həyatını itirdiyi, 21 nəfərin infeksiya olduğu Kubada sərhədlərin məhdudlaşdırılması 24 martdan etibarən 1 aylığa bağlanacaq.

  Bir çox bölgəsində küçəyəçıxma yasağı qoyulan və paytaxtı Boqotada tətbiq olunan 4 günlük tam karantin sınaq müddəti sürən Kolumbiyada korona virusun tutulanların sayı 160-ya yaxınlaşıb. Ölkədə 25 mart - 13 aprel tarixləri arasında zəruri karantin tətbiq olunacaq.



Әlaqәli Xәbәrlәr