Qərbdə korona virusuyla əlaqədar 20 marta olan məlumat

Virusdan Avropada ən çox təsirlənən İtaliyada can itkisi 3 min 405 olub.

1381730
Qərbdə korona virusuyla əlaqədar 20 marta olan məlumat

Virusdan Avropada ən çox təsirlənən İtaliyada can itkisi 3 min 405 olub. 33 mini keçən yoluxma hadisəsindən 13 faizi səhiyyə işçiləridir.

Virusa yoluxan 4 min 440 adam isə müalicə olunub. Yerli mətbuat orqanları  bir çox cənazənin kilsələrdə gözlədildiyi ilə bağlı xəbərlər yayır.
Digər tərəfdən İspaniya Səhiyyə Nazirliyi virus səbəbindən ölənlərin sayının bir gündə 30 faiz artaraq 1002-ə çatdığını açıqlayıb. Ölkədə virusa yoluxanların sayı  19 min 980-ə çatıb.
Fransada yeni növ koronavirus epidemiyasından ölənlərin sayı 108 nəfər artaraq 372, yoluxanların sayı isə 10 min  995-ə yüksəlib.

Digər tərəfdən prezident  Emmanuel Makron zəruri hallar istisna olmaqla karantin mühitini pozanlara reaksiya göstərərək "Bəzi insanların parka, çimərliyə və ya bazara getdiyini görürəm. Bu insanlar bizim mesajımızı başa düşmədilər" deyib. Kann film festivalı da epidemiya səbəbindən təxirə salınıb.

Fransanın Nitsa şəhərində yeni növ koronavirusun yayılması səbəbindən yerli vaxtla 20: 00-dan sonra komendant saatı tətbiq edilib.
Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, 3 həkim  keçən ay epidemiyaya qarşı vaxtında tədbirlər görmədiyi səbəbindən istefa edən Baş nazir Edouard Philippe və keçmiş səhiyyə naziri Aqnes Buzinə qarşı cinayət işi qaldırıb. Səhiyyə işçiləri həmçinin tibbi maskaların kifayyət qədər olmadığına reaksiya göstərib.

Hollandiyada son 24 saat ərzində virus səbəbindən 18 nəfər ölüb. Milli İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutunun (RIVM) verdiyi açıqlamaya görə, həyatını itirənlərin sayı 76-ya, yoluxanların sayı isə 2 min 460-a yüksəlib.
Avropa Parlamenti  yeni növ koronavirusla bağlı xüsusi tədbirləri təsdiqləmək üçün martın 26-da fövqəladə yığıncaq keçirəcək.

1-2 aprel tarixlərində keçirilməsi planlaşdırılan fövqəladə Baş Məclis yığıncağının isə  baş tutmayacağı açıqlandı. Aİ Şurasından verilən  açıqlamada 27 ölkənin liderlərini bir araya gətirəcək Aİ Liderlər Sammitinin  təxirə salındığı bildirilib.
NATO-nun baş katibi Yens Stoltenberq hərbi təlimlərin virusa görə təxirə salındığını və ya ləğv olunduğunu açıqladı.
Yens  Stoltenberq deyib: "Biz daha əvvəllər görünməmiş bir böhranla üz-üzəyik. Bu böhranın da öhdəsindən gələcəyik''.

Monako şahzadəsi II Albertin də koronavirus testi müsbət çıxıb və onun infeksiyaya yoluxduğu təsdiqlənib. Bu barədə Saraydan verilən açıqlamada bildirilib.
İngiltərədə koronavirus epidemiyası səbəbindən həlak olanların sayı 144-ə, yoluxanların sayı isə 3.269-a  yüksəlib. Baş nazir Boris Cohnson xalqın qaydalara  riayət edəcəyi təqdirdə  vəziyyətin 12 həftədə düzələcəyini söyləyib.

155 can itkisi və 9400-ü keçən yoluxma hadisəsi qeydə alınan Amerika Birləşmiş Ştatları  həyəcan səviyyəsini 4-ə yüksəldib. ABŞ vətəndaşlarına xarici ölkələrə səyahət etməmələri və xarici ölkələrdə olan vətəndaşlarının ABŞ-a qayıtmaları ilə bağlı çağırış edib.
Cənubi Amerika ölkəsi olan  Kolumbiya yeni növ koronavirusla mübarizə çərçivəsində xarici ölkələrdən olan  bütün girişləri müvəqqəti dayandırıb. Peruda 78 yaşlı bir adam  yeni növ  koronavirus səbəbindən həlak olub.

44 nəfərin həyatını itirdiyi Almaniyada daşıyıcıların sayı 15 min 320 nəfər olub. 
Almaniyada Bavariya əyalətinin baş naziri Markus Söder əyalət miqyasında qismən komendant saatı tətbiq ediləcəyini açıqlayıb. Robert Koch İnstitutunun məlumatına görə, Bavariyada virusa yoluxanların sayı 2 401, ölənlərin sayı isə 12 nəfər olub.
İsveçrədə virusdan 43 adam ölüb,daşıyıcıların sayı 4 min 222 olaraq açıqlanıb.
Belçikada yeni növ koronavirus səbəbiylə 37 nəfər ölüb, yoluxanların sayı isə 462 artaraq 2225 nəfərə çıxıb.
Sloveniyada 319yoluxma faktı qeydə alındıqda bu rəqəm Serbiyada 118-ə çıxıb. 
Sloveniyada insanların bir yerə toplaşması qadağan edilib, ərzaq məhsulları mağazaları, apteklər, yanacaqdoldurma məntəqələri, banklar, poçt şöbələri, təmizlik şirkətləri və avtoservislər kimi gündəlik həyatına mane olmayan müəssisə və təşkilatlar istisna olmaqla, hər yer bağlanıb.
Virusa yoluxanların sayı Çexiyada 765, Finlandiyada 400, Polşada 378, Slovakiyada 124, Xorvatiyada 113, Bolqarıstanda 112, Macarıstanda 85, Bosniya və Herseqovinada 69, Albaniyada 64, Şimali Makedoniyada 67, Kosovoda 21, Monteneqroda 13, Yunanıstanda 7, Polşada 6 nəfərə çıxıb.
Avstriyada virus daşıyıcıların sayı 2 264 nəfər olduqda, baş nazir Sebastian Kurz epidemiyanın yayılmasını məhdud etmək üçün 16 martın 15-dən tətbiq edilən küçəyə çıxma məhdudiyyətlərinin 13 aprelə qədər uzadıldığını açıqlayıb.

Argentinada isə karantin elan edilib. Ölkədə üç nəfərin yeni növ koronavirusdan öldüyü bildirilir.

Hesablamalara görə, dünyada yeni növ koronavirusa yoluxanların 90 faizi sağaldı, virusdan ölüm nisbəti isə 10 faiz oldu.

 



Әlaqәli Xәbәrlәr