Koronavirusla bağlı Qərbin vəziyyəti

Qitənin yeni növ koronavirusdan (Kovid-19) ən çox təsirlənən ölkəsi İtaliyada ölənlərin sayı daha 345 artaraq 2 min 503 nəfərə çatıb.

1380195
Koronavirusla bağlı Qərbin vəziyyəti

Monteneqroda ilk dəfə yeni növ koronavirus faktının aşkarlanması ilə virus bütün Avropa ölkələrində göründü.

Qitənin yeni növ koronavirusdan (Kovid-19) ən çox təsirlənən ölkəsi İtaliyada ölənlərin sayı daha 345 artaraq 2 min 503 nəfərə çatıb.

İspaniyada yeni növ koronavirusdan ölənlərin sayı 500 olduqda, yoluxma halların sayının 11 mini keçdiyi bildirilib. Bu rəqəmlər İspaniyada epidemiya zamanı bir gün ərzində ən yüksək artım olub.

Fransada epidemiyanın başlanğıcından bu günədək koronavirusun yeni növünə 7,7 mindən çox yoluxma halı qeydə alınıb, 175 nəfər virusdan ölüb.

Ölkədə sərbəst gəzmək məcbur hallar istisna olmaqla məhdud edilib. Bununla bağlı qərarı prezident Emmanuel Makron verib.

23 ölüm hadisəsinin qeydə alındığı Almaniyada İsrailin Berlindəki səfiri Jeremy Issacharoff və Səfirlikdəki bir İsrail diplomatının yeni növ koronavirusa (Kovid-19) yoluxduğu bildirilib. Bu xəbərdən sonra İsrailin Berlindəki Səfirliyi cümə günü bağlanıb, Səfirlikdə işləyən bütün diplomatlar isə evlərində karantindədirlər.

3 ölüm halının və min daşıyıcının aşkarlandığı Avstriyada artıq 6 adam bir araya gələ bilməyəcək.

Baş nazir Sebastian Kurz ayrıca xalqın evdən bayıra çıxmaq üçün yalnız üç səbəbinin olduğunu söylədi: zəruri iş, yemək təmin edilməsi və başqalarına kömək göstərmək.

İngiltərədə son sutka ərzində koronavirusdan ölənlərin sayı 18 nəfər artaraq 71 nəfərə çatıb. Ölkədə virusa yoluxanların sayı isə 950 olub.

Belçikada Brüssel Hava Yolları yeni növ koronavirus (Kovid-19) səbəbiylə aprelin 20-dək bütün uçuşları dayandırmaq qərarına gəlib.

Avropa İttifaqı (Aİ) liderləri üçüncü ölkə vətəndaşlarının Aİ-yə üzv ölkələrə və Şengen bölgəsinə "vacib olmayan" səyahətlərinə 30 günlük müvəqqəti məhdudiyyət qoyan  nizamlama qərarını təsdiqləyib.

Aİ Komissiyasının sədri Ursula von der Leyen "Aİ vətəndaşları yalnız xaricdə deyil, həm də Avropada köməksiz qaldı və bu sona çatmalıdır" deyib.

Von der Leyen koronavirusla mübarizə üçün çox iş görüldüyünü ifadə edib.

"Hər kəs bu mübarizəyə öz töhfəsini verə bilər. Siz də evdə qalmaq və digər insanlarla əlaqəni azaltmaqla kömək edə bilərsiniz" -deyə Leyen vurğulayıb.

Koronavirusdan 5 nəfərin öldüyü Yunanıstanda daşıyıcıların sayı 387 nəfərə çıxıb.

Bolqarıstanda koronavirusa yoluxma halı 81, ölənlərin sayı isə 2 nəfərdir.

Şimali Makedoniyada aprelin 12-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri Kovid-19 tədbirləri çərçivəsində təxirə salınıb.

İnfeksiyaya yoluxanların sayının 26 nəfərə çıxdığı Şimali Makedoniyada hökumət əvvəlcədən açıq elan edilmiş sərhəd qapılarını tranzit yük daşıyıcıları, diplomatlar və Daxili İşlər Nazirliyinin icazəsi olanlardan başqa hər kəsə bağlamaq qərarına gəlib.

Bosniya və Herseqovina İslam Birliyi (Diyanət İşləri) Müftilər Şurası da martın 17-də keçirilən fövqəladə yığıncağında koronavirus səbəbiylə bütün məscidlərdə camaatla vaxt namazını dayandırmağa qərar verib.

97 ölüm hadisəsinin qeydə alındığı ABŞ-da Prezident Donald Trump yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə əlaqədar mümkünsə evdən işləməyə və buna imkanı çatmayanların isə özlərini qorumağa çağırıb.

Cənubi Amerika ölkəsi Braziliyada yeni növ koronavirus (Kovid-19) səbəbiylə 62 yaşlı bir xəstə ölüb. Ölkədə 67 yeni koronavirus hadisəsinin qeydə alındığı və xəstələrin sayının 301-ə çatdığı bildirilib.

Avstraliyanın baş naziri Skott Morrison yeni növ koronavirusla mübarizə çərçivəsində (Kovid-19) xaricə səyahətin qadağan olunduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr