Nigeriyada 50 terrorçu da öldürülüb

Nigeriyanın cənub-şərqində təhlükəsizlik qüvvələri ilə Boko Haram terror təşkilatı arasında baş verən qarşıdurma nəticəsində 50 terrorçu öldürüldü.

1379750
Nigeriyada 50 terrorçu da öldürülüb

Nigeriyanın cənub-şərqində təhlükəsizlik  qüvvələri ilə Boko Haram terror təşkilatı arasında baş verən qarşıdurma nəticəsində  50 terrorçu öldürüldü.

Səhiyyə Nazirliyindən verilən açıqlamada  Boko Haram üzvlərinin dünən gecə radələrində  Diffa əyalətinin Tommour şəhərindəki hərbi hissəyə iri çaplı silahlarla hücum etdiyi bildirildi.

Əsgərlərin hücumu dəf etdiyi,  50 terrorçunun zərərsizləşdirildiyi, xüsusi təyinatlıların hücumdan sonra bölgədə Boko Harama qarşı əməliyyat krçirdiyi bildirildi.

Açıqlamada əsgərlərin iki terrorçunu saxladığı və çox sayda silah-sursat ələ keçirildiyi bildirildi.

Boko Haram üzvlərinin keçən həftə eyni bölgədəki Chetima Wongou hərbi hissəsinə təşkil etdiyi hücum nəticəsində 8 əsgər həlak olub, 3 əsgər də itkin düşüb.


 



Әlaqәli Xәbәrlәr