Koronavirus 7 mindən çox insanın həyatına son qoyub

Yeni növ koronavirus epidemiyası yarandığı gündən bəri 7 mindən çox insanın həyatına son qoyub.

1379318
Koronavirus 7 mindən çox insanın həyatına son qoyub

Yeni növ koronavirus epidemiyası yarandığı gündən bəri 7 mindən çox insanın həyatına son qoyub.

Çində (Kovid-19) epidemiyası nəticəsində 3 min 213 nəfərin həlak olduğu bildirilir. Ölkədə sutka ərzində həlak olanların sayı 21 nəfərə çatıb.

İranda isə epidemiyaya yoluxanların sayı 15 minə çatıb. Ölkədə 853 nəfərin yeni növ koronavirusdan öldüyü bildirilir. İranda sutka ərzində ölənlərin sayı 135 nəfərə çatıb. Küveyt koronavirusla mübarizə çərçivəsində İrana 10 milyon dollar vəsait ayırıb.

Rusiyada isə virusa yoluxanların sayı 93 nəfərə çatıb. Məlumata görə, Rusiyada sutka ərzində 30 nəfər də yeni növ koronavirusa yoluxub.

Qeyd edək ki, Rusiya bütün sərhədlərini mayın 1-dək bağlayıb.

Qərbi Afrika ölkələri Liberiya və Benində də yeni növ koronavirusa yoluxanlar olub. Məlumatda qeyd olunub ki, epidemiya səbəbindən Misirdə 2, Əlcəzairdə 4, Mərakeş 1 və Sudanda 1 nəfər ölüb.

İsrail Səhiyyə Nazirliyi virusa yoluxanların sayının 298-ə yüksəldiyini bildirib. Livanda isə 120 nəfərin virusa yoluxduğu qeyd olunub.

Qətər virus səbəbindən məscidlərin müvəqqəti bağlanması ilə bağlı qərar qəbul edib. Ölkədə virusa yoluxanların sayı 439 nəfərə çatıb.

Qazaxıstanda daha 14 nəfər koronavirusa yoluxub. Bu barədə Qazaxstanın Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, bununla da ölkədə COVİD-19-a yoluxanların sayı 23-ə çatıb.

Tunisdə də virusa yoluxanların sayı 24 nəfərə çatıb. Ölkədə bütün tədbirlərin və yarışların ləğv edildiyi bildirilir. Pakistanda isə epidemiyaya yoluxan bir nəfər həlak olub.

Malayziyada da bir nəfərin koronavirus epidemiyası səbəbindən həlak olub.

Epidemiya səbəbindən Şri Lankada 3 günlük tətil elan olunub. Cənubi Koreyada isə 8 mindən çox adam epidemiyaya yoluxub. Kovid-19 ölkədə 81 nəfərin həyatına son qoyub.



Әlaqәli Xәbәrlәr