Koronovirus təhlükəsi dünya gündəmini zəbt edib

Yeni növ koronavirusun ilk dəfə aşkarlandığı Çində epidemiyadan ölənlərin sayı 3 min 161 nəfərə çatıb.

1376160
Koronovirus təhlükəsi dünya gündəmini zəbt edib

Yeni növ koronavirusun ilk dəfə aşkarlandığı Çində epidemiyadan ölənlərin sayı 3 min 161 nəfərə çatıb.

Ölkədə son 24 saat ərzində 22 nəfər ölüb, 24-də isə yeni virus aşkarlanıb.

Yeni növ koronavirus səbəbindən 7 nəfərin öldüyü, 7-sinin isə sağaldığı İraqın səhiyyə müəssisələrinin son məlumatına görə, ilk dəfə fevralın 24-də aşkarlanan koronavirus epidemiyasından əziyyət çəkənlərin sayı 71-ə çatıb.

Şiələrin ali dini lideri Ayətullah Əli əs-Sistani, yeni növ koronavirusla mübarizə çərçivəsində camaat namazının qılınmasının qadağan olunması ilə bağlı fətva verib.

8 min virus daşıyıcısı olan və 291 nəfərin öldüyü İranda Kovid-19 diaqnozu qoyulan 2 min 731 nəfər sağalaraq evə buraxılıb.

Onların arasında Sənaye, Mədən və Ticarət naziri Rza Rahmani də var. Livanda isə yeni növ koronavirusa yoluxanların sayı 51 nəfərə çatıb. Mədəniyyət Nazirliyinin nəzdində olan muzey və tarixi yerlər də müvəqqəti olaraq bağlanıb.

Yeni növ koronavirusa yoluxanların sayı İsraildə 70, Fələstində 29, Qətərdə 24, Tunisdə 6 nəfərə çıxıb.

Livanda koronavirusa yoluxanların sayı 51 nəfərə çıxdıqda, Mədəniyyət Nazirliyinə bağlı muzey və tarixi yərlər də ikinci elana qədər ziyarətçilərə qapılarını bağlayıb.

İndoneziyada isə “COVİD-19” virusundan ilk dəfə biri həyatını itirib. Vurisa yoluxanların sayı isə 27 olub.

Uzun müddətdir Ebola ilə mübarizə aparan Konqo Demokratik Cümhuriyyətində də ilk dəfə yeni növ koronavirus aşkarlanıb.

 



Әlaqәli Xәbәrlәr