Donald Tramp: “Məndə Koronavirus əlamətləri yoxdur”

ABŞ Prezidenti Donald Tramp koronavirus (Kovid-19) simptomlarını daşımadığını və buna görə xüsusi bir testdən keçməyə ehtiyac görmədiyini bildirib.

1376167
Donald Tramp: “Məndə Koronavirus əlamətləri yoxdur”

Tramp ABŞ Konqresinin Respublikaçı üzvləri ilə “Kovid-19” ilə bağlı keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında: “Koronavirus testini vacib saymıram, lakin bunu edə bilərəm. Test üçün heç bir səbəb görmürəm, özümü çox yaxşı hiss edirəm. Ağ Evin həkimi ilə də danışdım. O da təsdiqlədi ki virusun heç bir əlaməti yoxdur”.

Tramp həmçinin qeyd edib ki, “Kovid-19”-a qarşı mübarizə çərçivəsində əhəmiyyətli işlər gördük. Bu il təkcə adi qrip 8 min adamın ölümünə səbə oldu. “Kovid-19” virusundan ölənlərin sayı isə 27-dir. Baxmayaraq virusa ciddi yanaşır və lazımlı tədbirləri həyata keçiririk.

 



Әlaqәli Xәbәrlәr