Liviyada Hafterin adamları məktəblərə hücum etdilər

Hafter qüvvələri 12 yanvarda imzalanan atəşkəs razılaşmasını pozmaqda davam edirlər.

1375242
Liviyada Hafterin adamları məktəblərə hücum etdilər

 

  Liviyanın şərqinə nəzarəti ələ keçirmiş müxalif lider Hafterə mənsub silahlı qüvvələr paytaxt Tripolinin cənubundakı iki boş məktəbə raket hücumu təşkil ediblər.

Əbu Səlim Bələdiyyəsinin sosial media hesabından hücuma dair məlumat yayılıb. Bildirilib ki, Hafter qüvvələri şəhərdəki Əl-Fəda və Seyyidə Aişə məktəblərinə raket hücumu təşkil ediblər. Məktəblər boş olduğu üçün ölən və ya yaralanan olmayıb.

Xatırladaq ki, 27 fevralda Milli Həmrəylik Hökumətindən yayılan açıqlamada Hafter qüvvələrinin mülki yaşayış məntəqələrinə hücumları nəticəsində 41 gün ərzində dinç əhalidən 21 nəfərin həyatını itirdiyi, 31-nin isə yaralandığı bildirilmişdi.



Әlaqәli Xәbәrlәr