Qəzzada baş verən yanğında 10 nəfər ölüb

Qəzzanın şəhər mərkəzində baş verən yanğında 10 nəfər həyatını itirib, 57 nəfər yaralanıb.

1373122
Qəzzada baş verən yanğında 10 nəfər ölüb

Qəzzanın şəhər mərkəzində baş verən yanğında 10 nəfər həyatını itirib, 57 nəfər yaralanıb.

Bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib:

“Şəhər mərkəzindəki “Nusayrat qaçqın düşərgəsi” bölgəsindəki bazar yerində böyük bir yanğın baş verib. Yanğın zamanı 3-ü qadın olmaqla 10 nəfər ölüb, 14-ü ağır 57 nəfər yaralanıb”.

Daxili İşlər Nazirliyi ciddi xəsarətə səbəb olan yanğına nəzarət edildiyini, ilkin məlumatlara görə yanğına çörək emal yerlərindən birində baş verən qaz sızıntısının səbəb olduğu bildirib.

 



Әlaqәli Xәbәrlәr