Qərbdə koronavirusdan ölənlərin sayı

Yeni növ koronavirus (Kovid-19) İtaliyada daha 27 nəfərin həyatına son qoydu.

1371815
Qərbdə koronavirusdan ölənlərin sayı

Yeni növ koronavirus (Kovid-19) İtaliyada daha 27 nəfərin həyatına son qoydu.

Bununla da ölənlərin sayı 79-a yüksəldi.

Avropada koronavirusun ən çox təsir etdiyi İtaliyada virusun yoluxduğu xəstə sayının 2 min 502-ə çatdığı açıqlandı.

ABŞ-ın Vaşinqton ştatında yeni koronavirus (Kovid-19) səbəbiylə ölənlərin sayı 9 və Fransada 4 olub.

Digər tərəfdən koronavirusun daşıyıcısı 51 nəfərin aşkarlandığı İngiltərədə hökumət öz fəaliyyət planını açıqladı.

Virusun qarşısını almaq üçün prioritet olan fəaliyyət planında bildirildi ki, epidemiya yayılarsa, xəstəxanalardakı təcili müalicələr təxirə salına bilər, təqaüddə olan tibb bacıları və həkimlər dəstək üçün vəzifəyə cəlb oluna, məktəblər bağlana, genişmiqyaslı fəaliyyətlər azaldıla və evdən işləmək işi də nəzərdə tutula bilər.

Bir nəfərin koronavirusdan öldüyü Avstraliyada isə (Kovid-19) aşkarlananların sayının 41-ə çıxdığı açıqlandı.

Polşa, Çili və Argentinada ilk yeni koronavirus növü (Kovid-19) aşkar edildi.

Səhiyyə naziri Gines Gonzalez Garcia martın 1-də İtaliyadan qayıdan 43 yaşlı Argentina vətəndaşında virüs aşkarlandığını bildirdi.

Dünya Bankı Qrupu Kovid-19 epidemiyasının tibbi və iqtisadi təsirlərilə mübarizə aparan ölkələrə köməklik göstərmək məqsədilə 12 milyard dollara yaxın başlanış pakətini işə daxil edəcəyini açıqladı.



Әlaqәli Xәbәrlәr