Malayziya kralı ölkənin baş nazirini özü təyin etdi

Məlumatı Malayziya Krallıq Sarayı yayıb.

1369134
Malayziya kralı ölkənin baş nazirini özü təyin etdi
Malayziya Kralı Sultan Abdulla.jpg

 

  Malayziyada Kral Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah Mahathir Məhəmmədin baş nazirlikdən istefasıyla yaşanan hökumət böhranından sonra Malayziya Birləşmiş Yerli Partiyasının (PPBM) sədri Muhyiddin Yasini ölkənin yeni baş naziri təyin edib. Məlumatı Malayziya Krallıq Sarayı yayıb.

  Xatırladaq ki, Malayziya Kralı Sultan Abdullah ölkənin yeni baş nazirinin parlamentdə seçkilər yolu ilə deyil, onun özü tərəfindən partiya sədrlərilə müzakirələrdən sonra təyin ediləcəyini bildirmiş və bunu ötən həftənin əvvəlində baş nazir Mahathir Məhəmmədin vəzifəsindən istefasındən sonra ölkədə yaranmış hökumət böhranını aradan qaldırmaq məqsədilə etdiyini söyləmişdi.



Әlaqәli Xәbәrlәr