"... Yoxsa biz özümüzə dövlət deyə bilmərik", F.Duterte

Paytaxt Manilada etdiyi çıxışında R.Duterte Amerika əsgərlərinin ölkədə qalması və təlim verməsilə bağlı Qonaq Qüvvələr Müqaviləsini (VFA) sona çatdırmaq qərarı vermək fikrini müdafiə edərək deyib

1367408
"... Yoxsa biz özümüzə dövlət deyə bilmərik", F.Duterte

 

  Filippin prezidenti Rodriqo Duterte ölkəsinin Amerika Birləşmiş Ştatları olmadan da qiyamçılar və irqçilərlə mübarizə apara biləcəyini söyləyib.

  Paytaxt Manilada etdiyi çıxışında R.Duterte Amerika əsgərlərinin ölkədə qalması və təlim verməsilə bağlı Qonaq Qüvvələr Müqaviləsini (VFA) sona çatdırmaq qərarı vermək fikrini müdafiə edərək deyib:

  “Filippin hərbi qüvvələri ABŞ-ın köməyi olmadan da irqçilərə qarşı mübarizə apara və öz ayaqları üstündə dura bilər. Əks halda, biz özümüzə dövlət deyə bilmərik.

  Narkotiklə mübarizə ilə bağlı əvvəlki ABŞ prezidenti Barak Obamanın təhqirlərini unutmadım. O vaxt verdiyim sözlərə sadiq qalıram və ABŞ-a getmirəm.”

  Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mart ayında Las Veqasda Cənubi-Şərqi Asiya Xalqlar Birliyi (ASEAN) dövlət başçılarının iştirakı ilə olacaq yığıncağa Duterteni dəvət edib.

  İki həftə əvvəl ABŞ Hind Sakit Okean Qüvvələrinin komandiri, admiral Filip S. Devidson (Philip S. Davidson) Filippinin Qonaq Qüvvələr Müqaviləsini sona çatdıra biləcəyini söyləmişdi. Çünki Filippinin xarici işlər naziri Teodoro Lokusin 11 fevralda etdiyi şərhdə bu müqaviləni təktərəfli ləğv etdiklərini ABŞ-ın Filippindəki Səfirliyinə bildirmişdi.



Әlaqәli Xәbәrlәr