BMT Bəşər Əsəd rejimi və tərəfdarlarına sərt reaksiya göstərdi

BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baxelet Bəşər Əsəd rejimi və tərəfdarlarının hücumlarını davam etdirdiyi Suriyanın şimal-qərbindəki humanitar vəziyyətin dəhşətli olduğunu bildirib.

1361837

Baxalet açıqlamasında BMT-nin rəqəmlərinə görə, 1 dekabr 2019-cu ildən indiyədək ümumilikdə 900.000 mülki şəxsin didərgin düşdüyünü, bunların 80 faizinin qadın və uşaq olduğunu bildirib.

Bu rəqəmin Suriyada vətəndaş müharibəsi başlayandan bəri ən böyük köç dalğası olduğunu qeyd edən Baxelet indiyədək Əsəd rejiminə və tərəfdarlarına ən sərt reaksiyasını göstərib.

Rejimin və tərəfdarlarının İdlib və Hələbdə genişmiqyaslı hücuma başladığını xatırladan Baxelet "BMT-nin İnsan Haqları Bürosu hökumət (rejim) və tərəfdarlarının 1-16 fevral tarixlərində havadan və qurudan etdiyi hücumlarından ən azı 100 mülki şəxs, 18 qadın və 35 uşaq olmaqla, öldüyünü qeydiyyata aldı" deyib.

Yanvarın 1-dən bəri İdlib və Hələbdə 298 mülki şəxsin həyatını itirdiyini ifadə edən Baxelet “Suriya hökuməti və tərəfdarları bu ölümlərin təxminən 93 faizinə səbəb oldu. Bundan əlavə, 10 səhiyyə müəssisəsi və 19 tədris mərkəzi birbaşa vuruldu  deyə bildirib.

Dondurucu soyuq şəraitində yaşamaq üçün mübarizə aparan qadınların və uşaqların bombalanmasının "qəddar" olduğunu vurğulayan Baxelet bölgədəki humanitar vəziyyəti "dəhşətli" olaraq qiymətləndirib.

Әlaqәli Xәbәrlәr