Səudiyyə Ərəbistanının xarici işlər nazirinin İsrail ilə əlaqədar açıqlaması

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan İsrail ilə münasibətlərinin normallaşmasının fələstinlilərlə sülh sazişinin imzalanmasından asılı olduğunu söyləyib.

1360477

56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan Faysal bin Ferhan İsraildə dərc olunan "Maariv" qəzeti müxbirinin suallarını cavablandırıb.

Ferhan "Səudiyyə Ərəbistanı-İsrail münasibətlərində yaxın zamanlarda hər hansı addım atılacaqmı" sualına "İsrail ilə normallaşma Fələstin şərtlərinə uyğun bir sülh müqaviləsinin imzalanmasından asılıdır" deyə cavab verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl-Cubeyr fevralın 14-də Rumıniyanın paytaxtı Buxarestdə keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Donald Trumpın sözdə sülh planında müsbət ünsürlər olduğunu və müzakirələrin əsası ola biləcəyini söyləmişdi.

Fələstinli qruplar Cubeyrin açıqlamasına reaksiya göstərmişdi.

Әlaqәli Xәbәrlәr