Ceki Çan korona virusuna qarşı panzəhər icad edənə 1 milyon verəcəyini açıqladı

Məşhur aktyor “Weibo” sosial şəbəkəsindən paylaşdığı aşıqlamada Çinin Vuhan şəhərindən dünyaya yayılan korona virusu epidemiyasına qarşı müalicənin tapılması üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirərək deyib...

1356702
Ceki Çan korona virusuna qarşı panzəhər icad edənə 1 milyon verəcəyini açıqladı

 

  Hərəkətli filmlərin məşhur aktyoru Ceki Çan (Jackie Chan) dünyada böyük qorxuya səbəb olan korona virusuna qarşı panzəhər inkişaf etdirən adama və ya hər hansı quruma 1 milyon yuan (təxminən 143 min dollar) mükafat verəcəyini açıqladı.

  Məşhur aktyor “Weibo” sosial şəbəkəsindən paylaşdığı aşıqlamada Çinin Vuhan şəhərindən dünyaya yayılan korona virusu epidemiyasına qarşı müalicənin tapılması üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirərək deyib: "Hansı adamın və ya təşkilatın panzəhəri inkişaf etdirəcəyi əhəmiyyətli deyil. Əsas odur ki, bu işdə uğurlu olsalar, onlara 1 milyon yuan verərək təşəkkürümü bildirəcəyəm. Məsələ pulda deyil. Mən bundan əvvəl basabas olan küçələri indi boş görmək istəmirəm. Vətəndaşlarımın həyatdan zövq almaları lazım ikən ölümlə döyüşdüklərini görmək istəmirəm.

  Elm və texnologiya bu virusun da öhdəsindən gəlmə açarıdır. Məncə, insanların çoxu mənimlə eyni fikirdədir. Ümid edirəm ki, ən qısa zamanda bir panzəhər tapılar”.

  Ceki Çanın bu hərəkəti dünyanın hər yerindən böyük tərif görüb.

  Qeyd edək ki, məşhur aktyorun çəkildiyi son film olan “Vanguard” korona virusunun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərlə əlaqədar kinotearların bağlanılması səbəbindən nümayiş olunmayıb.



Әlaqәli Xәbәrlәr