ABŞ vә Çin prezidentlәri arasında telefon danışığı olub

Çin Xalq Respublikasının dövlәt başçısı  Şi Cinpinqlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

1354973
ABŞ vә Çin prezidentlәri arasında telefon danışığı olub

 

 

Çin Xalq Respublikasının dövlәt başçısı  Şi Cinpinqlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Söhbət zamanı  iki ölkənin liderləri koronavirus epidemiyasının yeni növünə qarşı mübarizə vә iki ölkә arasında ticarәtә dair imzalanan  müqavilә mәsәlәlәrini müzakirə ediblər.

Görüşdә Şi Cinpinq  Çin hökumətinin virusun yayılmasına qarşı bütün zəruri tədbirləri gördüyünü vә  iki ölkә arasındakı  ticari mәsәlәlәrin dialoq yolu ilә hәll edilmәsinin vacibliyini vurğulayıb.

Çin dövlәt başçısı hәmçinin  virusun yayılmasının qarşısının alınması üçün görülәn tәdbirlәrin öz bәhrәsini vermәyә başladığını qeyd edib.

Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp isә öz növbәsindә Çinin virusa qarşı apardığı mübarizәni dәstәklәdiyini vә bu ölkәyә virusla mübarizә çәrçivәsindә hәr növ yardımı etmәyә hazır olduğunu söylәyib.



Әlaqәli Xәbәrlәr