Rusiya Hindistana S-400-ü gələn il təslim edəcək

Qeyd edək ki, Hindistan Rusiyadan S-400 hava müdafiə sistemləri almasıyla əlaqədar müqaviləni 2018-ci ilin noyabrında imzalayıb.

1353860
Rusiya Hindistana S-400-ü gələn il təslim edəcək

 

  Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidməti (FSVTS) katibinin müavini Vladimir Drojjov Hindistana ilk partiya S-400 havadan müdafiə sistemlərinin 2021-ci ilin sonuna qədər təslim ediləcəyini bildirib.

  Hindistanın Lucknov şəhərində mətbuata verdiyi açıqlamada sözügedən mövzu ilə bağlı V.Drojjov deyib: "S-400 sistemlərinin ilk partiyası Hindistana, planlaşdırılğı kimi, 2021-ci ilin sonundan göndəriləcək. Hindistanlı mütəxəssislərin təlim prosesi isə ilin əvvəlindən başlanacaq.”

  Qeyd edək ki, Hindistan Rusiyadan S-400 hava müdafiə sistemləri almasıyla əlaqədar müqaviləni 2018-ci ilin noyabrında imzalayıb. Hindistanın baş naziri Nerandra Modi ilə Rusiya prezidenti Vladimir Putin arasındakı uzun müzakirələrdən sonra bağlanılan müqaviləyə əsasən S-400-ün təslimatı 2023-cü ilin aprelində tamamlanacaq.



Әlaqәli Xәbәrlәr