Yanğın Avstraliya Paytaxt Bölgəsini sarıb

BBC-nin xəbərinə görə...

1351598
Yanğın Avstraliya Paytaxt Bölgəsini sarıb
avustralya yangin1.jpg

 

  Avstraliyada fövqəladə vəziyyət elan edilən Paytaxt Bölgəsinin cənubunda təsirli olan yanğın 55 min hektardan çox sahəyə yayılıb.

  BBC-nin xəbərinə görə, 2003-cü ildən bəri ən böyük yanğınla qarşı-qarşıya qalan Avstraliya Paytaxt Bölgəsində (ACT) paytaxt Kanberra ətrafında yaşayanlara olduqları yerləri tərk etmələri üçün çox gecikdikləri, amma sığınacaq axtarışına davam etmələri xəbərdarlığı olunub.

  Yanğın Kanberranın cənubunda Avstraliya Paytaxt Bölgəsinin 20 faizindən çoxuna yayılıb.

  “Canberra Times” qəzetinin xəbərinə görə, Orroral vadisi yanğını indiyə qədər 55 min 234 hektar sahəni kül edib.

  Avstraliya Paytaxt Bölgəsinin (ACT) baş naziri Endrü Barr (Andrew Barr) mətbuata verdiyi açıqlamada Kanberranın cənub şəhərətrafları və çölün düzündəki Tharva (Tharwa) kəndini alovlardan qorumaq üçün var-qüvvələrini sərf etdiklərini bildirərək deyib: "Yanğın Yeni Cənub Qaller əyalətini keçdi və təəssüf ki, Bumbalonqda çox şey məhv oldu”.

  Qeyd edək ki, Avstraliyada 2019-cu ilin sentyabrından bu yana meşə və ətraf sahələrində təsirli olan və yavaş-yavaş yaşayış yerlərinə sıçrayan yanğınlar zamanı 33 adam həyatını itirib, çoxu Yeni Cənub Qaller əyalətində olmaqla, 11 milyon hektar sahə və 2600-dən çox ev kül olub.



Әlaqәli Xәbәrlәr