"Costa Smeralda" gəmisində qorxulu vəziyyət sovuşdu

İtaliyada qarantinə alınan çinli qadında "coronavirus" çıxmadı.

1350608
"Costa Smeralda" gəmisində qorxulu vəziyyət sovuşdu

 

  İtaliyada dayandırılan "Costa Smeralda" gəmisindəki sərnişinlər arasında olan "coronavirus" şübhəsilə xəstəxanaya yerləşdirilən çinli qadının ilk tibbi müayinəsi və analizlərində qorxulu vəziyyət yaranmadı: onda koronavirus çıxmadı.

  İtaliyanın informasiya agentliyi ANSA bu barədə məlumat yayaraq bildirib ki, sərnişin gəmisində qızdırması olduğuna görə Romadakı Lazzaro Spallanzani Dövlət Yoluxucu Xəstəliklər İnstitutuna cəlb olunan 54 yaşlı çinli qadında aparılan ilkin analizlərin nəticələrinə görə, virüs təsbit edilməyib. Lakin konkret nəticə əldə etmək üçün onun ən az 24 saat tibbi nəzarətdə qalması məsləhət görülüb.

  Xatırladaq ki, yanvarın 30-da İtaliyanın limanında lövbər salan gəminin göyərtəsində 6 min sərnişin və gəmi heyəti var. Sərnişinlərdən 27-sı türkiyəli, 751-i isə çinlidir.

 

 



Әlaqәli Xәbәrlәr