ABŞ-da Çinə səyahət ilə bağlı xəbərdarlıq

ABŞ Dövlət Departamenti Çinə səyahətlə bağlı həyəcanı ən yüksək səviyyəyə qaldırıb.

1350705
ABŞ-da Çinə səyahət ilə bağlı xəbərdarlıq

Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo sosial hesabı "Tvitter"də xəbərdarlıq mesajı paylaşıb. O bildirib ki, ABŞ Dövlət Departamenti Çinə səyahətlə bağlı həyəcan səviyyəsini 4-ə qaldırıb. Bu da Çinə "səyahət etməyin" mənasını vereir. Bu qərar Çin daxilində yeni bir növ koronavirusun yayılması və baş vermiş hadisənin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəli virus kimi tanınmasından sonra verilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Çində yeni koronavirusun beynəlxalq səviyyəli təhlükəsini elan edib. Bu barədə təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus bildirib: "Biz bilmirik, əgər bu virus səhiyyə sistemi zəif olan ölkədə yayılsa, hansı zərəri vuracaq. Biz bu dövlətlərə belə vəziyyətlərə hazırlaşmağa kömək etməliyik. Bu səbəbdən mən koronavirusun qlobal səviyyədə yayılması ilə əlaqədar beynəlxalq narahatlığa səbəb olan fövqəladə vəziyyət elan etdim".

 



Әlaqәli Xәbәrlәr