İtaliyada sərnişin gəmisi koronavirus şübhəsi ilə karantinə alındı

Aralıq dənizində səyahət edən gəmi, sərnişinlər arasında olan bir Çinli cütlükdə qızdırma müşahidə edildiyinə görə İtaliyanın cənubundakı Civitavvechia limanında lövbər saldı.

1350440
İtaliyada sərnişin gəmisi koronavirus şübhəsi ilə karantinə alındı

İtaliya informasiya agentliyinin məlumatına görə göyərtəsində 6 min sərnişin olan gəmidəki Çinli cütlük koronavirus (2019-nVoC) şübhəsi ilə əvvəlcə gəmidə müalicə altına alındı. Daha sonra ətraflı müayinə və analizlərin aparılması üçün Lazzaro Spallanzani Milli Yoluxucu Xəstəliklər İnstitutuna cəlb olundu.

Çinli cütlüyün otağı və bu otağa yaxın sərnişinlərin otaqları Tədbir məqsədi ilə təxliyə edilərək karantinə alındılar.

Qeyd edək ki, Gəmidəki sərnişinlərdən 751-i Çinlidir.



Әlaqәli Xәbәrlәr