Parisdə yanğınsöndürənlər etiraz aksiyası keçirdilər

Fransanın paytaxtı Parisdə yanğınsöndürənlər iş şəraitinə etiraz olaraq nümayiş keçirdilər.

1349146
Parisdə yanğınsöndürənlər etiraz aksiyası keçirdilər

Müxtəlif şəhərlərdən olan və Parisdə toplaşan yüzlərlə yanğınsöndürən Republique meydanından Nation (Millət) meydanına qədər yürüşü etdi.

İş şəraitinə etiraz edən aksiya iştirakçıları prezident Emmanuel Makron əleydarı şuarlar səsləndirdilər.

Əmək haqlarının yaxşılaşdırılmasını tələb edən nümayişçilir ilə polis arasında gərginlik yarandı. Polis əməkdaşları nümayişçilərə bibər qazı və su topu ilə müdaxilə etdi.

Paris Polis İdarəsindən yayılan açıqlamada isə  paytaxtda işləyən yanğınsöndürənlərin hərbi statusa sahib olduqları və   bu  səbəbdən nümayişdə iştirak etmələrinin qadağan olduğuna diqqət çəkilib.

 



Әlaqәli Xәbәrlәr