Qeyd Pedersen Suriyadakı vәziyyәti qiymәtlәndirib

Birlәşmiş Millәtlәr Tәşkilatının Suriya üzrә xüsusi nümayәndәsi xüsusi nümayəndəsi Qeir Pedersen Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Rusiyanın paytaxtı Moskvada görüşməzdən əvvəl bәyanatlar  verdi.

1346964
Qeyd Pedersen Suriyadakı vәziyyәti qiymәtlәndirib

 

 

Birlәşmiş Millәtlәr Tәşkilatının Suriya üzrә xüsusi nümayәndәsi Qeir Pedersen Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Rusiyanın paytaxtı Moskvada görüşməzdən əvvəl bәyanatlar  verdi.

Suriyadakı tərəflərin Konstitusiya Komitəsinin yaradılması ilə ilk dəfə bir sənəd üzərində razılığa gəldiklərinə işarə edən Qeir Pedersen deyib: "Bu sənəd görüş və danışıqların zәmini təşkil edir. Bu da tərəflər arasındakı  etimadın artması  və bir-birlәrini  tanımaları  üçün əhəmiyyətli bir yoldur" .

Suriyadakı vəziyyətin getdikcə pisləşdiyini qeyd edən  Birlәşmiş Millәtlәr Tәşkilatının Suriya üzrә xüsusi nümayәndәsi  deyib: "Suriya əhalisinin 50 faizi evlərini tərk etdi. Bu insanların evlərinə qayıtmasına imkan verən şərait yaratmaq istəyərik" .

İdlibdəki vəziyyəti sabitləşdirmək üçün bir siyasi prosesə ehtiyac olduğunu vurğulayan Birlәşmiş Millәtlәr Tәşkilatının Suriya üzrә xüsusi nümayәndәsi bildirib ki, terrorla mübarizədə yaşana bilәcәk çatinliklәri anlaya bilirik. 2019-cu ilin aprel ayından etibarәn  700 min insanın köçməsi orada yaşayan insanlar üçün bir fəlakətdir. Bu müddәt әrzindә 1500 mülki şəxs hәlak olub.

Rusiya xarici işlər naziri Sergey Lavrov da Suriyadakı  vəziyyətin "yaxşılaşdığını" irəli sürərək deyib: "Terrorçuların  nəzarət etdiyi bölgələr azalmağa davam edir. Suriya rejiminә sadiq olan qüvvәlәr  Türkiyə və İraq sərhədinin böyük hissəsində nəzarəti təmin etdi. Həm İdlib həm də ölkənin şimal-şərq bölgəsində terror qruplaşmalarının mәhv edilmәsi istiqamәtindәki әmәliyyatlar davam edir’’.



Әlaqәli Xәbәrlәr