Almaniyanın XİN rәhbәri Tunisdә sәfәrdәdir

Almaniya xarici işlәr naziri Haiko Maas Tunisdә görüşlәr keçirib.

1346473
Almaniyanın XİN rәhbәri Tunisdә sәfәrdәdir

 

 

Almaniya xarici işlәr naziri Haiko Maas Tunisdә görüşlәr keçirib.

Haiko Maas Tunisә etdiyi sәfәr çәrçivәsindә bu ölkәnin prezidenti Kays Sәid tәrәfindәn qәbul edilib.

Haiko Maasın  Tunis prezidenti Kays Sәid ilә keçirdiyi görüşdә Liviyadakı son proseslәr müzakirә olunub. Tunis Prezidenti görüşdә Liviyadakı problemin hәll edilmәsi üçün ölkәsinin aktiv rolunun olmasının vacibliyini vurğulayıb.

Qeyd edәk ki, Almaniya xarici işlәr naziri Maas Әlcәzairdә Liviya ilә bağlı keçirilәn konfransda iştirak etdikdәn sonra Tunisә sәfәr etmişdi.

Xatırladaq ki, Tunis gec dәvәt edildiyi üçün Berlindә Liviya mәsәlәsi ilә bağlı keçirilәn konfransa qatılmamışdı.



Әlaqәli Xәbәrlәr