Emmanuel Makron Fәlәstinә sәfәr edib

Fransa prezidenti Emmanuel Makron Fәlәstinә sәfәr edib.

1345785
Emmanuel Makron Fәlәstinә sәfәr edib

 

Fransa prezidenti Emmanuel Makron Fәlәstinә sәfәr edib.

Fәlәstinin WAFA xәbәr agentliyinin yaydığı mәlumata әsasәn, Mahmud Abbas vә Fransa prezidenti Emmanuel Makron  Ramallahdakı Prezident İqamәtgahında bir araya gәliblәr.

Görüşdә  bölgәdәki proseslәr ilә Fәlәstin mәsәlәsi qiymәtlәndirilib vә bu mövzular әtrafında fikir mübadilәsi aparılıb.

Mahmud  Abbas görüş zamanı  iki dövlətli həll prosesini və beynəlxalq qanunlara uyğun olaraq sülhün bərqərar olmasını dәstәklәdiyinə görə  Emmanuel Makrona tәşәkkür edib.

Emmanuel Makron isә öz növbәsindә ölkәsinin  iki dövlәtli hәll prosesini dәstәklәdiyini bir daha vurğulayıb vә Fәlәstin xalqına öz iqtisadiyyatını vә qurumlarını qurması üçün dәstәk vermәyә davam edәcәyini qeyd edib.

Dünәn V Dünya Holokost Forumuna qatılmaq üçün İsrailә gedәn Emmanuel Makron daha sonra Fәlәstinә sәfәr etmişdi.



Әlaqәli Xәbәrlәr