İspaniyadan Fransaya gələn bu bəla min evi elektriksiz qoydu

... Fransanı İspaniyaya bağlayan A9 şosesində də Perpinyan (Perpignan) ilə Bulu (Boulou) arasında nəqliyyat təmin edilə bilmir.

1344966
İspaniyadan Fransaya gələn bu bəla min evi elektriksiz qoydu

 

  Fransanın cənub bölgəsi Şərqi Pireneyidə (Pyrenees-Orientales) "Gloria" qasırğası min evi elektriksiz qoyub.

  İspaniyadan sonra Fransanın cənub bölgəsini təsiri altına alan Qloriya qasırğası bu ölkə ilə sərhəddə yerləşən, Perpinyan (Perpignan), Lamanere və Porta kimi yaşayış məskənlərini əhatə edən Şəqri Pireneydə təxminən min evi elektriksiz qalmasına səbəb olub.

  Qara görə isə bölgədəki bir çox yollar nəqliyyata qapalıdır. Fransanı İspaniyaya bağlayan A9 şosesində də Perpinyan (Perpignan) ilə Bulu (Boulou) arasında nəqliyyat təmin edilə bilmir.

  Bölgədə qarın hələ bir neçə gün təsirli olacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr