Pakistanda yağış, qar uçqunu və daşqınlar nəticəsində ölən və yaralananların sayı

Sinoptiklər belə hava şəraitinin həftənin sonunadək davam edəcəyini bildiriblər.

1341246
Pakistanda yağış, qar uçqunu və daşqınlar nəticəsində ölən və yaralananların sayı

 

  Pakistanda yağışlar, qar uçqunları və daşqınlar nəticəsində azı 95 adam həyatını itirib, 53 nəfərsə müxtəlif dərəcəli xəsarət alıb.

  Pakistan mətbuatının yazdığına görə, ən çox itki Azad Cammu və Kəşmirdəki Neelum vadisində qeydə alınıb. Orada ölənlərin sayı - 66, Bəlucistanda 20, Pəncab əyalətində isə azı 7 nəfərdir. Çoxlu yaralı var. 

  Ümumiyyətlə, son bir neçə gündə yağış, qar uçqunları və daşqınlar Bəlucistan, Azad Cammu, Kəşmir, Sind və Pəncab əyalətlərinə daha çox zərər vurub.

  Sinoptiklər belə hava şəraitinin həftənin sonunadək davam edəcəyini bildiriblər.



Әlaqәli Xәbәrlәr