"İranla bu mexanizm bütün tərəflərin səmimi və gərgin səyini tələb edir", X.Borel

İxtilaf Həll Mexanizminin qüvvəyə minməsilə bağlı qərarına dair yazılı şərh verən X.Borel bildirib...

1340785
"İranla bu mexanizm bütün tərəflərin səmimi və gərgin səyini tələb edir", X.Borel

Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətləri Şurasının xüsusi nümayəndəsi Xosep Borel (Josep Borrell) İranla nüvə müqaviləsinin qorunmasının əhəmiyyətli olduğunu vurğulayıb.

  İran nüvə müqaviləsilə bağlı öhdəliklərini yerinə yetirmədiyi üçün İngiltərə, Almaniya və Fransanın İxtilaf Həll Mexanizminin qüvvəyə minməsilə bağlı qərarına dair yazılı şərh verən X.Borel bildirib:

  “Ortaq Komissiya olaraq İxtilaf Həll Mexanizmini işə salacağıq. Bu mexanizm bütün tərəflərin səmimi və gərgin səyini tələb edir. Koordinator olaraq İran nüvə müqaviləsinin tərəflərinə bu şəkildə yanaşma gözləyirəm.

  Orta Şərqdə təzyiq artır. İranla nüvə müqaviləsi bu gün hər zamankından daha vacibdir.

  Xatırladaq ki, İran, Amerika Birləşmiş Ştatları, Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə və Aİ arasında 2015-ci ildə rəsmi Tehranın nüvə fəaliyyətlərinin yoxlama altına alınması ilə bağlı müqavilə imzalanmışdı. Ancaq ABŞ-ın prezidenti Donald Tramp olunca rəsmi Vaşinqton razılaşmadan təktərəfli çəkilərək İrana yenidən sanksiya tətbiqinə başladı. Müqavilənin digər tərəfləri ABŞ-ı saxlamağa çalışsalar da, mümkün olmadı, qarşılığında İran 2019-cu ilin iyulunda nüvə müqaviləsinin bəzi maddələrini təxirə saldığını açıqladı. Rəsmi Tehran sanksiyaların aradan qalxması və mənfəətlərin təmin edilməsi qarşılığında yenidən müqaviləyə dönməyə hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr