Hafter atəşkəs mətnini imzalamadan Moskvadan ayrılıb

Rusiya Xarici İşlər  Nazirliyi Liviyanın şərqinə nəzarət edən Xəlifə Hafterin yanvarın 13-də barəsində razılıq əldə olunan atəşkəs mətnini imzalamadan Moskvadan ayrıldığını açıqlayıb.

1340297

Rus xəbər agentliyi “TASS” Rusiya Xarici İşlər Nazirliyi qaynaqlarına əsaslandırdığı xəbərdə Liviyanın şərqinə nəzarət edən Xəlifə Hafterin barəsində razılıq əldə olunan atəşkəs mətnini imzalamadan Moskvadan ayrıldığını bildirib.

Qeyd edək ki, yanvarın 9-da xarici işlər naziri Möjvlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akarın rus həmkarları ilə bir araya gəldiyi yığıncaqda Liviyada müdətsiz atəşkəs layihəsinin mətni barədə razılıq əldə olunmuşdu.

Yığıncaqdan sonra verilən açıqlamada Liviya Milli Həmrəylik Hökumətinin baş naziri Fayiz əs-Sərrac tərəfinin layihə mətnini imzaladığı; Hafter tərəfinin isə mətni tədqiq etmək üzrə (bu gün səhər radələrinə qədər) müddət istədiyi bildirilmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hafter tərəfinin də mətnə müsbət yanaşdığını açıqlamışdı.

Әlaqәli Xәbәrlәr