Trampın İran ilə əlaqəli hərbi səlahiyyətləri məhdudlaşdırıldı

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın İrana hərbi səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqlədi.

1338353
Trampın İran ilə əlaqəli hərbi səlahiyyətləri məhdudlaşdırıldı

Demokratik partiya mənsubu deputat Elissa Slotkin tərəfindən nümayəndələr palatasına təqdim olunan təklif layihəsi iclasda 224 lehdə səs ilə təsdiq olundu. Təklif layihəsi əleyhdə səs verən deputat sayı 194 olub.

Trampın "Konqresin razılığı və məlumatı olmazdan İrana qarşı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasını" nəzərdə tutan qanun layihəsində "İran İnqilab Keşikçiləri korpusunun Qüds qüvvələri komandiri general Qasim Süleymaninin öldürülməsi və İranın İraqdakı ABŞ bazalarına ballistik raket hücumu" rəsmi Tehran ilə Vaşinqton arasında gərginliyin tarıma çəkilməsinə gətirib çıxardı deyilib.

Qəbul edilən qanun layihəsində Trampdan tələb edilir ki, "İrandan hərbi təhdid olmadığı müddətcə və Konqresin icazəsi olmazdan bu hərbi plan hazırlamasın.

Qeyd edək ki, simvolik məna verən və Trampın imzasını tələb etməyən qanun layihəsi Nümayəndələr Palatası tərəfindən prezidentə göndərilən güclü mesaj olaraq xarekterizə edilir.



Әlaqәli Xәbәrlәr