BMT İdlib şəhərinin bombalanması ilə bağlı dərin narahatlığını dilə gətirdi

BMT Suriyanın şimal-qərbindəki İdlib şəhərindəki Sarmin yaşayış məntəqəsinə 1 yanvardakı bomba hücumunda çox sayda qadın və uşağın öldüyü və yaralanması xəbərindən çox narahat olduğunu bildirdi.

1334179
BMT İdlib şəhərinin bombalanması ilə bağlı dərin narahatlığını dilə gətirdi

BMT Baş Katibliyinin verdiyi açıqlamada bildirilib ki, BMT Suriyanın şimal-qərbindəki İdlib şəhərindəki Sarmin yaşayış məntəqəsinə 1 yanvardakı bomba hücumunda çox sayda qadın və uşağın öldüyü və yaralanması xəbərindən çox narahatdır.

Açıqlamada ev-eşiyindən edilən ailələri üçün bir sığınacaq yeri olan bir məktəbin qarşısına bomba atıldığına diqqət çəkilərək, bütün tərəflərə mülki şəxslərin təhlükəsizliyi mövzusunda lazımi addımları atmağa çağırıldığı qeyd edilib.

Digər tərəfdən, Vyetnamın BMT Təhlükəsizlik Şurasının (UNSC) yanvardakı daimi nümayəndəsi Dang Dinh Quy BMT-dəki mətbuat konfransında İdlibdəki son vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının bu gün təcili yığıncaq keçirəcəyini bildirib.

Təcili yığıncaq təklifinin Fransa və İngiltərə tərəfindən edildiyini qeyd edən BMT baş katibinin Siyasi İşlər üzrə müavini Rozemary DiCarlo və BMT baş katibinin Humanitar Məsələlər üzrə müavini Mark Lowcockun qapalı iclasda İdlibdəki hücumlar haqqında məclis üzvlərinə məlumat veriləcəyini ifadə edib.

Quy illərlə ölkəsinin müharibə etdiyini xatırladaraq deyib:

"Biz müharibənin nə demək olduğunu bilirik. İdlibdə atəşkəs elan etməklə sülh yolu ilə həll edilməsini istəyirik. Əvvəlcə mülki ölümlərə son qoyulmalıdır."



Әlaqәli Xәbәrlәr