"Dünya yaxın gələcəkdə ölkəmin istehsal etdiyi yeni strateji silahlarla tanış olacaq", K.Ç.İn

Şimali Koreya lideri Kim Çen İnin dünyanın yaxın gələcəkdə ölkəsinin istehsal etdiyi yeni strateji silahlarla tanış olacağını söyləyib.

1333286
"Dünya yaxın gələcəkdə ölkəmin istehsal etdiyi yeni strateji silahlarla tanış olacaq", K.Ç.İn

Şimali Koreya lideri Kim Çen İnin dünyanın yaxın gələcəkdə ölkəsinin istehsal etdiyi yeni strateji silahlarla tanış olacağını söyləyib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA”-da yer alan xəbərə görə, Kim ölkəni idarə edən Koreya İşçi Partiyasının Mərkəzi Komitə yığıncağında etdiyi çıxışda deyib:

“ABŞ ilə əlaqələrdə etimad yaranması məqsədilə nüvə silah və qitələrarası ballistik raket sınaqlarını dayandırdıq, ancaq rəsmi Vaşinqton buna Cənubi Koreya ilə birgə təlim keçirərək və Pxenyana daha çox sanksiya tətbiq edərək cavab verdi. ABŞ bizim başımızı qatır. Bu şərtlər altında raket sınaqlarını dayandırma sazişinə təktərəfli əməl etməyimizi vacib hala gətirən bir vəziyyət yoxdur. Şimali Koreya strateji silah istehsal etmə layihələrini daha güclü şəkildə inkişaf etdirməlidir. Dünya yaxın gələcəkdə Şimali Koreya Xalq Cümhuriyyətinin yeni strateji silahı ilə tanış olacaqdır.”

Dövlət başçısı Kim Çen İn ölkəsinin nüvə silahlardan yayınmasını nə qədər artıracağının ABŞ-ın gələcəkdəki mövqeyindən asılı olduğunu söyləyib.

ABŞ prezidenti Tramp isə Pxenyan liderinin açıqlamalarından sonra jurnalistlərə bəyanatında Kim ilə çox yaxşı münasibətlərinin olduğunu deyib.



Әlaqәli Xәbәrlәr