Trampın 2018-ci il əlavə gömrük vergilərinin ABŞ iqtisadiyyatına təsirləri

FED iqtisadçıları Aaron Flaen və Castin Pirs (Aaron Flaaen və Justin Pierce) tərəfindən hazırlanan "2018-2019-cu illər qlobal tariflərin ABŞ istehsal sektoruna təsiri" mövzulu araşdırma bankın internet saytında yayınlanıb.

1331957
Trampın 2018-ci il əlavə gömrük vergilərinin ABŞ iqtisadiyyatına təsirləri

 

  Amerika Birləşmiş Ştatları Mərkəz Bankı – FED araşdırmasında ölkə prezidenti Donald Trampun yerli sənayeni qoruma adına gətirdiyi yeni tariflərin ölkədə iş itkisi və yüksək qiymətlərə səbəb olduğu nəticəsinə gəlib.  

  FED iqtisadçıları Aaron Flaen və Castin Pirs (Aaron Flaaen və Justin Pierce) tərəfindən hazırlanan "2018-2019-cu illər qlobal tariflərin ABŞ istehsal sektoruna təsiri" mövzulu araşdırma bankın internet saytında yayınlanıb.

  Araşdırmaya görə, ABŞ prezidenti D.Trampın 2018-ci ildə dəmir və polad kimi müxtəlif məhsulların idxalatına gətirdiyi əlavə gömrük vergiləri emalat sektorunda iş itkisi və istehsalçı qiymətlərinin artımasına səbəb olub.

  Trampun əlavə gömrük tarifləri daxili bazarda idxal məhsullarını rəqabətdən qorusa da, ABŞ mərkəzli bəzi istehsalçıların bazar paylarını artırır. İstehsal xərclərindəki artım ABŞ istehsalçılarının ixracat bazarları və daxili bazarda rəqabət gücünə zərər verir.

  ABŞ-la ticarət ortaqları arasındakı yeni tariflərin uzun vədəli təsirləri gözləniləndən daha fərqli nəticə verə bilər və ona görə tariflər ölkənin emalat sektoruna heç bir şey qazandırmır.

  Emalat sektoru məşğulluğundakı bu nisbi enişlər və istehsalçı qiymətlərindəki nisbi artımlar 2018-ci il tarifləri ilə bağlıdır.

  FED-in araşdırmasına görə, Trampın siyasətinə ölkələrin cavab tədbirlərindən mənfi mənada ən çox təsirlənən sahələr dəmir, polad, avtomobil istehsalı, ev alətləri, səs və video materialları, kompüter hissələri, böcək dərmanları, maqnit, optik media cihazları və dəri sektorları olub.



Әlaqәli Xәbәrlәr