Yaponiya əsgərlərini Orta Şərqə göndərir

Ölkənin “Kyodo” xəbər agentliyinin yazdığına görə...

1330753
Yaponiya əsgərlərini Orta Şərqə göndərir

 

  Yaponiyada hökumət dəniz ticarət yollarının təhlükəsizliyini təmin etmək məqsədiylə Orta Şərqə əsgər göndərilməsi qərarı verdi.

  Ölkənin “Kyodo” xəbər agentliyinin yazdığına görə, Nazirlər Kabineti Yaponiya Özünümüdafiə Dəniz Donanmasına bağlı hərbi hissənin Aden Körfəzinə göndərilməsini təsdiqləyib.

  Hərbi qüvvələr vertolyot daşıyan “Taxanamı” sinfinə mənsub gəmi və 260 personaldan ibarətdir. Gəmini Cibutidə quldur tədbirlərinə qarşı mübarizə aparan "P-3C Orion" model iki dəniz müşahidəetmə təyyarəsi müşayət edəcək.

  Yaponiya Nazirlər Kabinetinin sözcüsü Suga Yoşihidenin bildirdiyinə görə, məqsəd hərbi qüvvələrin dəniz ticarət yollarının təhlükəsizliyinin təmin edilməsi üçün kəşfiyyat aparmasıdır.

  Ölkənin müdafiə naziri Taro Kono hazırlıqlara başlanılması üçün Özünümüdafiə Donanmasına təlimat verib. Hərbi qüvvə 4 həftəlik təlimdən sonra 2020-ci ilin fevralında yola düşəcək.

  Qeyd edək ki, Yaponiya son zamanlar Amerika Birləşmiş Ştatları ilə İran arasında Bəsrə Körfəzi və ətrafındakı gərginliklərin gəmi ticarətini təhdid etməsindən narahatlıq duyduğunu bildirir.



Әlaqәli Xәbәrlәr