Fransada “sarı jiletlilər”in nümayişləri 58-ci həftəsində

Makron hökumətinin Təqaüd İslahatına qarşı başlanan tətillər 5 dekabrdan bəri davam etdiyi bir zamanda “sarı jiletlilər” də durmayıblar: ayın 21-də paytaxt Parisin Bastiliya (Bastille) meydanından Klişi (Clichy) məhəlləsinə qədər yürüyüblər.

1327490
Fransada “sarı jiletlilər”in nümayişləri 58-ci həftəsində

 

  Fransada “sarı jiletlilər” nümayişlərin 58-ci həftəsində ölkə başçısı Emmanuel Makron rəhbərliyinin siyasətinə etiraz etmək üçün yenə küçələrə çıxıblar.

  Makron hökumətinin Təqaüd İslahatına qarşı başlanan tətillər 5 dekabrdan bəri davam etdiyi bir zamanda “sarı jiletlilər” də durmayıblar: ayın 21-də paytaxt Parisin Bastiliya (Bastille) meydanından Klişi (Clichy) məhəlləsinə qədər yürüyüblər. Sayca az iştirakçı ilə reallaşan nümayiş olaysız başa çatıb.

  Lionda (Lyon) isə etirazçılar hərəkət qadağasına baxmayaraq şəhər mərkəzində mitinq ediblər.

  Ölkənin müxtəlif şəhərlərində də nümayişlər olub.

  Xatırladaq ki, Fransa polisi paytaxtın mərkəz yerlərindən olan Yelisey meydanı prospekti (Champs-Elysees), Notr-Dam kilsəsi (Notre-Dame katedralı), parlament binası və Yelisey (Elysee) sarayı yaxınlarında nümayiş edilməsinə qadağa qoyub.

  Qeyd edək ki, maye yanacaq qiymətlərinin artırılması və pis iqtisadi vəziyyətə reaksiya olaraq başlayan, daha sonra Makron hökumətinə qarşı nümayişlərə çevrilən “sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən aktivdir. Hərəkat zamanı 11 nəfər həyatını itirib, 4250-dən çoxu yaralanıb, 12 min 361-dən artıq insan nəzarətə alınıb və 3163 adama həbs cəzası verilib.



Әlaqәli Xәbәrlәr