Böyük Britaniyanı su basıb

Böyük Britaniyada güclü yağışlar nəticəsində şəhər və kəndləri su basıb.

1327616
Böyük Britaniyanı su basıb

 

  Böyük Britaniyada güclü yağışlar nəticəsində şəhər və kəndləri su basıb.

  Təbii fəlakətdən ən çox Midvey, Meydston, Yeldinq və Teston əraziləri əziyyət çəkib.

  Minlərlə sakin evindən köçürülüb. 

  Ətraf Mühit Agentliyi Midlands və Yorkşir ərazilərinə 84 dəfə daşqın xəbərdarlığı edib. Agentlik daha şiddətli yağışların dekabrın 24-ü baş verəcəyi ilə bağlı açıqlama verib.

  İngiltərədə baş verən yağışlar və güclü qasırğa dəmiryol xətlərinin bağlanmasına səbəb olub.

  Milad bayramı üçün səyahət edənlərə hava şəraiti ilə bağlı tövsiyələr edilib.



Әlaqәli Xәbәrlәr