Rusiya və Fransa prezidentləri telefonla danışıblar

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında Liviya məsələsinə dair telefon danışığı olub.

1325190
Rusiya və Fransa prezidentləri telefonla danışıblar

Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında Liviya məsələsinə dair telefon danışığı olub.

Kremlindən verilən açıqlamada bildirilib ki, liderlər Liviya böhranının siyasi yollarla həll edilməsinin vacibliyini vurğulayıblar. Rusiya və Fransa böhranın həlli üçün BMT və Almaniyanın vasitəçilik səylərinə dəstəklərini təsdiqləyiblər.

Açıqlamada Suriyanın İdlib və şimal-şərqi bölgələrindəki vəziyyətin də müzakirə olunduğu bildirilərək, terrorla mübarizə aparılması və bu mövzuda koordinasiyalı addımların atılmasının daşıdığı əhəmiyyət vurğulanıb.

Fransanın paytaxtı Parisdə keçən həftə Fransa, Almaniya, Ukrayna və Rusiyanın iştirakı ilə keçirilən “Normandiya dördlüyü”nün zirvə yığıncağının müzakirə olunduğu bildirilən açıqlamada “Putin Donbasın xüsusi statusa qovuşdurulması və əsir və məhkumların mübadilə edilməsi daxil, qəbul edilən qərarların əsaslı şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladı” ifadəsi işlədilib.  

Telefon danışığı zamanı Rusiya təbii qazının Ukrayna ərazisi üzərindən Avropaya nəqli məsələsi də müzakirə edilib.



Әlaqәli Xәbәrlәr