Morqan Ortaqus: “Rəhbərliyin 1915-ci il hadisələrilə əlaqədar mövqeyi dəyişmədi"

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus  keçən həftə Senatda qəbul edilən 1915-ci il hadisələrini “soyqırım” olaraq tanıyan qərar layihəsini qəbul etmədiklərini söyləyib.

1325225

Ortaqus verdiyi yazılı açıqlamada “Rəhbərliyin 1915-ci il hadisələrilə əlaqədar mövqeyi dəyişmədi. Bu barədəki düşüncəmiz keçən aprel ayında prezident Donlad Trampın dəqiq bəyanatında əks olunduğu kimidir” ifadəsini işlədib.

Qeyd edək ki, ABŞ prezidenti Tramp 24 apreldə 1915-ci il hadisələrinin ildönümündə veridiyi yazılı bəyanatda “Böyük fəlakət” ifadəsini işlətmiş, ancaq dırnaqarası “soyqırım” iddialarını təsdiq edən bir ifadə işlətməmişdi.

29 oktyabrda da Nümayəndələr Palatasının iclasında keçirilən səsvermədə oxşar qərar layihəsi qəbul edildi.

Türkiyə isə belə addımların “əsassız” olduğunu vurğuladı.

Әlaqәli Xәbәrlәr