Taliban qruplaşması Polis İdarәsinә hücum etdi, xәsarәt alanlar var

Bu barәdә Qunduz Polis İdarәsinin mәtbuat katibi Enamuddin Rәhmani mәlumat verib.

1320990
Taliban qruplaşması Polis İdarәsinә hücum etdi, xәsarәt alanlar var

 

Taliban qruplaşması Əfqanıstanın şimalındakı Qunduz əyalətinin Çardere qәsәbәsindәki Polis İdarәsinin binasına hücum edib, nәticәdә 25 nәfәr yaralanıb.

Bu barәdә Qunduz Polis İdarәsinin mәtbuat katibi Enamuddin Rәhmani mәlumat verib. Polis İdarәsinin rәsmisi törәdilәn hücum nәticәsindә xәsarәt alan 21 nәfәrin  tәhlükәsizlik xidmәti әmәkdaşı olduğunu deyib.

Talibanın verdiyi açıqlamada isә hücum zamanı çox sayda tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olduğu iddia edilib.



Әlaqәli Xәbәrlәr