“Normandiya dördlüyü” mətbuata açıqlama verdi

“Normandiya dördlüyü” dövlətlərinin rəhbərləri mətbuat konfransı keçiriblər.

1320517
“Normandiya dördlüyü” mətbuata açıqlama verdi

 

  Fransanın paytaxtı Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün toplanan “Normandiya dördlüyü” sammitindən sonra 4 ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransanın rəhbərləri mətbuat konfransı keçiriblər. Konfransda bildirilib ki, Fransa, Almaniya, Rusiya və Ukraynanın dövlət rəhbərləri 2019-cu ilin sonuna qədər regionda sabitliyi təmin etmək məqsədilə Şərqi Ukraynada atəşkəsi dəstəkləyən tədbirlərin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

  Mətbuat konfransını Fransa prezidenti Emmanuel Makron açaraq “Normandiya dördlüyü” görüşünün qənaətbəxş keçdiyini, Almaniya kansleri Angela Merkel çətin məsələlərin həlli istiqamətində güclü iradənin olduğunu, Ukrayna prezidenti Vladimir Zelenski Paris görüşünün uğurla başa çatdığını, amma təhlükəsizlik təmin edilmədən siyasi həllin mümkün olmadığını deyib. Rusiya prezidenti Vladimir Putin isə ukraynalı həmkarı ilə görüşün yaxşı keçdiyini və qənaətbəxş olduğunu söyləyib və əsasən Minsk sazişinin reallaşması məsələsinə toxunub.

  Görüşdə birgə bəyanatın qəbul edildiyi, əsirlərin dəyişdirilməsi məsələsində razılıq əldə olunduğu diqqətə çatdırılıb.

  Mətbuat konfransında “Normandiya dördlüyü”nün növbəti görüşünün dörd aydan sonra keçirilməsi ilə bağlı razılığa gəlindiyi bildirilib.



Әlaqәli Xәbәrlәr