Dünyanın ən gənc Baş naziri: Sanna Marin

Finlandiyada keçmiş Baş nazir Antti Rinnenın istefasından sonra milli məclisdə keçirilən səs vermədə 34 yaşlı Sanna Marin baş nazir seçildi

1320033
Dünyanın ən gənc Baş naziri: Sanna Marin

Marin dünyanın ən gənc Baş naziri olmaqla yanaşı Fin siyasi tarixində üçüncü qadın Baş naziri oldu.

Beş partiyalı koalisiya hökumətinin ən böyük partiyası Sosial Demokrat Partiyasının rəhbəri seçilən 34 yaşlı Sanna Marin həftənin sonuna dək Baş nazirlik vəzifəsinə başlayacaq.

Qeyd edək ki, Marinin Baş nazir seçilməsi ilə Finlandiyada koalisiya hökumətində iştirak edən partiyaların 5-nin də rəhbəri qadın oldu.

Keçmiş baş nazir Antti Rinne əleyhinə reaksiyalara görə 4 Dekabrda istefa verdi. Rinne tətil aksiyası keçirən poçt işçilərinin tələblərinə biganə qalmaqda və prosesi yaxşı idarə edəbilməməkdə ittiham edildi.

Sanna Marin jurnalistlərə verdiyi açıqlamada “Güvəni yenidən bərpa etmək üçün çox çalışacaqlarını bildirib.

Marina jurnalistlərin dünyanın ən gənc Baş naziri olduğuna dair sualına: cavabən: “Mən heç yaşım və ya cinsiyyətimlə əlaqədar hərəkət etməmişəm. Mənim siyasətə qədəm qoymağımın səbəbləri və seçicilərin son seçkilərdə bizə etibar etməsi əhəmiyyət kəsb edir” - deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr