Honq-Konqda yürüşə 10 mindən çox adam qatıldı

“South China Morning Post”un xəbərinə görə...

1319621
Honq-Konqda yürüşə 10 mindən çox adam qatıldı
hong kong yuruyus1.jpg

 

  Çinin Honq-Konq xüsusi administrativ bölgəsində demokratiya tərəfdarı olanların 6-cı aya girən ərəfəsində yüksək iştiraklı yürüş təşkil edildi.

  “South China Morning Post”un xəbərinə görə, təhlükəsizlik qüvvələri avqust ayından bu yana Honq-Konqdakı ən böyük demokratiya tərəfdarı olan qruplardan Vətəndaş İnsan Haqqları Cəbhəsinə ilk dəfə yürüş icazəsi verdi.

  Viktoriya parkında başlayan və Sentral (Central) bölgəsində sona çatan yürüşə 10 mindən çox adam qatılıb.

  Mitinqdə iştirak edən Kelli Me (Kelly Ma) çıxışında deyib: “Honq-Konqluların ən böyük problemlərindən biri odur ki, rəhbərlərini özləri seçə bilmir. Ona görə rəhbərliyin də tələblərimizə cavab vermək məsuliyyəti yoxdur."  

  Vətəndaş İnsan Haqqları Cəbhəsindən Erik Lai isə geniş diametrli mitinqdəki çıxışında bunları söyləyib: “Honq-Konqun baş idarəçisi Kerri Lama (Carrie Lama) və dünya bilsin ki, xalq öz tələblərindən geri çəkilmir, azadlıq və demokratiya mübarizələrinə davam edir.”

  Qeyd edək ki, polis idarəsi 11 nəfərin nəzarətə alındığını və bir tapançanın ələ keçirildiyini bildirib.

  Rəsmi məlumatlara görə, Honq-Konqda iyundan bu yana davam edən 500-dən çox etiraz hərəkatlarında 6 min adam nəzarətə götürülüb.



Әlaqәli Xәbәrlәr