İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 27 fәlәstinli dә xәsarәt alıb

İsrail  әsgәrlәrinin  işğal altındakı Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn etiraz aksiyasına sәrt müdaxilәsi nәticәsindә 4-ü  hәqiqi güllә ilә olmaqla 27  fәlәstinli xәsarәt alıb.

1319160
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 27 fәlәstinli dә xәsarәt alıb

 

İsrail  әsgәrlәrinin  işğal altındakı Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn etiraz aksiyasına sәrt müdaxilәsi nәticәsindә 4-ü  hәqiqi güllә ilә olmaqla 27  fәlәstinli xәsarәt alıb.

Mәlumatda görә,  İsrail әsgәrlәri  Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn etiraz aksiyasına sәrt müdaxilә edib. Müdaxilә zamanı çox sayda aksiyaçı müxtәlif dәrәcәli xәsarәtlәr alıb. Xәsarәt alan dörd nәfәrin vәziyyәti ağır olaraq qiymәtlәndirilir. Xәsarәt alanların vәziyyәti ilә bağlı әtraflı mәlumat verilmәyib.

Qeyd edәk ki, fələstinlilər 2018-ci ilin 30 mart tarixindәn  etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin 2018-ci ilin 30 mart tarixindәn etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә  çox sayda  fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək  fәlәstinli mәhbus var.

Qәzzadakı insan hüquqları üzrә Әl-Mizan mәrkәzinin yaydığı mәlumata görә, ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn etiraz aksiyaları zamanı indiyәdәk 320 fәlәstinli şәhid olub, tәxminәn 18 min 500 fәlәstinli isә müxtәlif dәrәcәli xәsarәtlәr alıb.



Әlaqәli Xәbәrlәr