Ümumdünya Səhiyyə Təşkilatı 2018-ci ildə qızılca epidemiyasından ölənlərin sayını açıqladı

2018-ci ildə dünya miqyasında ümumilikdə uşaq olmaqla 140 min nəfər qızılca epidemiyasından ölüb.

1319057
Ümumdünya Səhiyyə Təşkilatı 2018-ci ildə qızılca epidemiyasından ölənlərin sayını açıqladı

2018-ci ildə dünya miqyasında ümumilikdə uşaq olmaqla 140 min nəfər qızılca epidemiyasından ölüb.

Ümumdünya Səhiyyə Təşkilatına görə epidemiya keçən il dünya miqyasında 10 milyon insana yoluxdu.

Həyatını itirənlərin əksəriyyəti isə peyvənd olmamış 5 yaşından aşağısı olan uşaqlardır.

Təşkilatın baş direktoru Tedros Adhanom Ghebreysus mövzuyla əlaqəli açıqlamasında “ Hər hansı bir uşağın qızılca kimi peyvənd ilə qarşısı alına biləcək bir xəstəliyə görə həyatını itirməsi qəzəb səbəbidir və dünyanın ən müdafiəsiz insanları olan uşaqları qorumaqda yekun bir uğursuzluqdur” ifadələrini işlədib.

Ümumdünya Səhiyyə Təşkilatı 2019-cu ildə vəziyyətin daha dəhşətli olduğunu da bildirib.

2019-cu ilin əvvəlindən dünyada 440 mindən çox insan qızılca xəstəliyinə tutulub. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cənəvrədə açıqladığı həsabatında bildirilib. 

Qeyd edilib ki, bu xəstəliyin yayılması daha çox Konqo Demokratik Respublikasında qeydə alınıb.

"5 Noyabr 2019 tarixinə olan məlumata görə, ÜST üzvü olan 187 ölkədə 440 263 təsdiqlənmiş xəstəlik qeydə alınıb” - hesabatda deyilib. 

Qeyd edək ki, qızılca son dərəcə yoluxucu bir virus xəstəliyidir. Hava damcıları ilə ötürülür. Başlanğıc mərhələdə əsas simptomlar qripə bənzəyir. Temperatur, öskürək, asqırma, baş ağrısı ilə müşahidə olunur. Sonra dəridə xarakterik bir səpmələr görünür. 

Xəstəlik otit mediası, sətəlcəm, bronxit, ensefalit şəklində ağırlaşmalara gətirib çıxara bilər ki, bu da son dərəcə təhlükəlidir. İnfeksiya immunitet sistemini zəiflədir, bəzi hallarda xəstənin ölümünə səbəb olur. 



Әlaqәli Xәbәrlәr