Bu dəfə senator Kevin Kramer mane oldu

ABŞ Senatında dırnaqarası “Erməni soyqırımının rəsmi tanınmasını” nəzərdə tutan qərar layihəsinin səsə qoyulmasına Ağ Evin istəyinə görə üçüncü dəfə mane olunduğu bildirilib.

1318566

Respublikaçı senator Kevin Kramer demokrat senator Bob Menendez və respublikaçı Senator Ted Kruzun hazırladığı və dırnaqarası  “Erməni soyqırımının rəsmi tanınmasını” nəzərdə tutan qərar layihəsinin səsə qoyulmasına mane oldu.

Mövzuya yaxın iki qaynaq Kramerin Ağ Evin istəyinə görə belə bir addım atdığını ifadə edib.

Qeyd edək ki, daha əvvəl respublikaçı senatorlar Lindsey Qraham və sonra Devid Perdue həmin layihənin səsə qoyulmasına mane olmuşdu.

ABŞ Senatında keçiriləcək səsvermələrdə senatorlardan biri əksinə fikir irəli sürərək buna mane ola bilir.  

Әlaqәli Xәbәrlәr