Meksikada tәhlükәsizlik qüvvәlәri ilә silahlılar arasında qarşıdurma olub, ölәnlәr var

Meksika-Amerika Birlәşmiş Ştatları sәrhәdindә tәhlükәsizlik qüvvәlәri ilә silahlılar arasında baş verәn qarşıdurma nәticәsindә hәlak olanların sayı 24 nәfәrә çatıb.

1318173

Koahuila ştatının rәsmilәri bildirib ki, silahlılar  Villa Union qәsәbәsindә rәsmi qurumlara hücum tәşkil edib. Hücumdan sonra baş verәn qarşıdurma nәticәsindә 24 nәfәrin hәlak oluduğu bilirilib.

Hadisәdәn sonra bölgәdә çox sayda silah vә sursat әlә keçirilib.

2006-cı ildə Meksikadakı kartellərə qarşı aparılan mübarizədə 300 mindən çox adam hәlak olub.

120 milyon əhalisi olan Meksikada  keçən il 35 min  964 cinayət törәdilib. Bu cinayәtlәrin  əksəriyyəti narkotik kartelləri ilə əlaqəlidir.

2017-ci ildə ölkədə 32.779 nəfər öldürülüb. Bu il isә öldürülәnlәrin sayı  26 minә çatıb.

Әlaqәli Xәbәrlәr