Әfqanıstanda partlayış törәdilib
Әfqanıstanın cәnubundakı Helmand vilayәtindә hәyata keçirilәn bombalı hücum nәticәsindә Helmand sәrhәd-keçid mәntәqәsinin komandiri Zahir Gül Mukbil hәlak olub.
1315194

Әfqanıstanın cәnubundakı Helmand vilayәtindә hәyata keçirilәn bombalı hücum nәticәsindә Helmand sәrhәd-keçid mәntәqәsinin komandiri Zahir Gül Mukbil hәlak olub.
Bu barәdә Helmand Valiliyinin mәtbuat katibi Ömәr Zuvak mәlumat verib. O, hadisәnin Helmand vilayәtinin Marca qәsәbәsindә baş verdiyini deyib. Mәlumatda bildirilib ki, yol kәnarına әvvәlcәdәn yerlәşdirilәn bombanın işә salınması nәticәsindә Helmand sәrhәd-keçid mәntәqәsinin komandiri Zahir Gül Mukbil hәlak olub. Partlayış nәticәsindә bir jurnalist ilә iki mühafizәçinin dә yarandığı bildirilib.
Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.
Әlaqәli Xәbәrlәr

"Covid-19” təxminən 10 ay sonra bitəcək, amma..." H.Klüqe
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüqe deyib...