NATO "Boeing İnternational" şirkәti ilә müqavilə imzaladı

NATO erkən xəbərdarlıq və müşahidə təyyarələrini modernləşdirmək üçün "Boeing İnternational" şirkәti ilә 1 milyard dollarlıq müqavilə imzalayıb.

1313805
NATO "Boeing İnternational" şirkәti ilә müqavilə imzaladı

 

NATO erkən xəbərdarlıq və müşahidə təyyarələrini modernləşdirmək üçün "Boeing İnternational" şirkәti ilә 1 milyard dollarlıq müqavilə imzalayıb. Müqavilə Belçikadakı Melsbroek hava limanında  NATO-nun baş katibi Yens Stoltenberq və dünyanın ən böyük mülki və hərbi təyyarə ilә helikopter  istehsalçılarından biri olan "Boeing İnternational" şirkətinin prezidenti Maykl Arturun iştirakı ilə keçirilən mərasimdə imzalanıb. Burada çıxış edən Yens Stoltenberq NATO-nun müşahidә tәyyarәlәrinin  sentyabrın 11-dә törәdilәn terror hücumundan sonra ABŞ, daha sonra Əfqanıstan və hazırda da DEAŞ-a qarşı mübarizә aparan beynәlxalq koalisiyaya töhfә verdiyini bildirərək atılan yeni addımın NATO-nun müasir texnologiyaya verdiyi әhәmiyyәtin göstәricisi olduğunu deyib.

 "Boeing İnternational" şirkətinin prezidenti Maykl Artur isә öz növbәsindә yeni müqavilәnin  NATO-nun transatlantik ittifaqın güclü olması üçün sənaye ilə işləmək mәsәlәsindәki qәtiyyәtini nümayiş etdirdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr